Ana Sayfa > Xəbər > Arif Hacılının imtina ərizəsi qəbul olundu

Arif Hacılının imtina ərizəsi qəbul olundu


30-10-2015, 15:40. Yazar: admin
Arif Hacılının imtina ərizəsi qəbul olundu
Müsavat Partiyasının başqanı Arif Hacılının noyabrın 1-i Milli Məclisə keçiriləcək parlament seçkilərində iştirakından imtina ilə bağlı yazdığı ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsində qəbul edilib.

Bu barədə AzNews.az-a açıqlmasında sədrin özü deyib. O, bildirib ki, ərizə 33 saylı-Xətai Birinci Seçki Dairəsinin sədrinə təqdim edilib: “Ərizə ilə müraciət etdim. Dairə Seçki Komissiyası ərizəmi qəbul etdi”.

Maraqlıdır ki, İsa Qəmbərin seçkidən imtina ərizəsi 15 saylı Yasamal birinci seçki dairəsi tərəfindən rədd edilib. Eləcə də oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında parlament seçkilərini boykot etmək haqda qərarını da MSK qəbul etməyib. Belə olan halda Arif Hacılının ərizəsinin qəbul edilməsi maraq doğurur.

Geri dön