Ana Sayfa > Xəbər > Bakıda avtobus mikroavtobusla toqquşdu: 8 nəfər xəsarət alıb
Bakıda avtobus mikroavtobusla toqquşdu: 8 nəfər xəsarət alıb30-10-2015, 12:48. Yazar: admin |
Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub. Qaradağ Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, hadisə oktyabrın 29-da saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Geri dön |