Ana Sayfa > Xəbər > Bakıda binada yanğın: 12 nəfər təxliyə edildi

Bakıda binada yanğın: 12 nəfər təxliyə edildi


30-10-2015, 12:33. Yazar: admin
Bakıda binada yanğın: 12 nəfər təxliyə edildi
Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli binada yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın yeddinci mərtəbəsinin pilləkən qəfəsində 13 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyə olunub. Mənzilər yanğından mühafizə olunub.

Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri dön