Ana Sayfa > Xəbər > Əsədin agenti Türkiyədə tutuldu - Foto

Əsədin agenti Türkiyədə tutuldu - Foto


30-10-2015, 10:49. Yazar: admin
Əsədin agenti Türkiyədə tutuldu - Foto
Suriyanın kəşfiyyat orqanı “Muhaberat”ın agenti Moular K. adlı şəxs İstanbulda həbs olunub.

Axar.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Moular K. təhlükəsizlik orqanlarına məxsus binalarda müşahidə apararkən ələ keçirilib.

Onun üzərindən bir çox yerlərin adları qeyd olunmuş xəritələr tapılıb. Aparılan araşdırmalar zamanı agentin 2-3 ay öncə Suriyadan Türkiyəyə qaçqın kimi girdiyi bəlli olub.

Qeyd edək ki, bu, son 9 gündə tutulan 3-cü Suriya agentidir. Bundan öncə isə tikintidə işləyən M.Has Cesam və HK adlı agent bir çox cihazlarla təmin olunmuş vəziyyətdə polis tərəfindən saxlanılıb.

Geri dön