Ana Sayfa > Xəbər > İran tarixində inqilabdan sonra ilk: qadın səfir təyin edildi
İran tarixində inqilabdan sonra ilk: qadın səfir təyin edildi29-10-2015, 12:54. Yazar: admin |
İnqilabdan sonra İranda ilk dəfə qadın səfir təyin olunub. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyə Əfham İslam Respublikasının Malayziyadakı səfiri postuna təyin edilib. Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. Bu, 1979-cu ildə İslam inqilabından sonra İranda ilk haldır ki, qadın səfir vəzifəsində təyinat alıb. Əfham Kuala –Lumpurdakı missiyasına yaxın vaxtlarda başlayacaq. Qeyd edək ki, 53 yaşlı Mərziyə Əfham 2013-cü ilin avqustunda ölkə XİN-in rəsmi nümayəndəsi vəzifəsinə təyin olunub. Həmin vaxt bu, İranda böyük rezonansa səbəb olmuşdu. Daha əvvəl isə o, 8 il ərzində XİN-in informasiya və nəşrlər üzrə baş direktoru vəzifəsində çalışıb. Əfham İran tarixində səfir təyin edilən ikinci qadındır. 1976-cı ildə İran şahı Məhəmməd Rza Pəhləvi Mehrangiz Dolatşahini Danimarkaya səfir təyin etmişdi. Geri dön |