Ana Sayfa > Xəbər > Günel Hümbətova ana olacaq

Günel Hümbətova ana olacaq


4-04-2015, 15:38. Yazar: admin
Günel Hümbətova ana olacaq
Aparıcı Günel Hümbətova qəfil ailə qurmasından, Nyu-Yorkdakı yeni həyatından danışıb.

Vertikal.az xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində o, ana olmağa hazırlaşdığını deyib:

"Təhsil almalı idim, amma planlarımı yarıda qoymalı oldum. Çünki ana olmağa hazırlaşıram. Hazırda istirahət etməklə məşğulam. İnşallah qızım dünyaya gələcək. Ailə həyatımda hər şey yaxşıdır. Ümid edirəm ki, belə də davam edəcək. Həyat yoldaşımı çox sevirəm. Bütün zövqlərimiz üst-üstə düşür, eyni şeyləri bəyənirik, bir-birimizə əziyyət vermirik.

Ailədə bunlar çox önəmlidir. Həyatım 100 faiz dəyişib desəm, yanılmaram. Mən ailə həyatına heç hazır deyildim, heç bu haqda düşünmürdüm də. Amma qəfildən oldu, bəziləri bunu qismət, bəziləri isə zərurət adlandırır. Firuzla tanış olanda düşündüm ki, həyatımı rəsmiləşdirəcəyim insan bu olmalıdır. Üstündən bir müddət keçdi və reallaşdı".

G.Hümbətova qəfil ailə qurmasına yaxınlarının necə reaksiya verməsindən də bəhs edib:

"Mənim fərqli xasiyyətim var. Nikaha bu cür oturmağım da bundan irəli gəlir. Qəfil qərarlar verə bilirəm. Evlənməyimiz hamıya sürpriz oldu, elə ailəmə də... Amma münasibətimiz xeyli vaxtdi ki, var idi. Hətta həyat yoldaşım Bakıya gəlib, ailəmlə də tanış olmuşdu. Yeni ili Las-Veqasda qarşılayırdıq, o da mənə sürpriz etdi. Nevada ştatında yerləşən Las-Veqas yeganə şəhərdir ki, orada ailə quranda əvvəlcədən sənədləşmə işləri etməyə ehtiyac yoxdur. Yəni istədiyin gün, an nikaha daxil ola bilərsən.

Yeni il günü etdiyi sürpriz evlilik təklifi ilə razılaşdım. Onsuz da gələcəkdə evlənmək fikrimiz var idi. Anam, qohumlarım, dostlarım təkid edir ki, gəlib Bakıda da toy keçirin. Bunu gərəksiz hesab edirəm. Mənim üçün əsas xoşbəxtlikdir. Bakı üçün darıxıram, çünki mən oranı çox sevirəm: hər şeyini - havasını, suyunu, küləyini, binalarını, torpağını, tozunu. Bir çox ölkə gəzmişəm, hazırda Nyu-Yorkdayam, amma Bakı üçün burnumun ucu göynəyir.

Yayın sonunda ölkəmə gələcəm. Ailəm, dostlarım, işim üçün də darıxmışam. Həyat yoldaşım buranın vətəndaşıdır. Ömürlük Bakısız qala bilmərəm, tez-tez gəlib-gedəcəyimə əminəm. Nə bilmək olar, bəlkə gələcəkdə Azərbaycana köçdük. İşimlə bağlı maraqlı təklif gəlsə, qəbul da edərəm. Bu, verilişlə yanaşı film də ola bilər".

Geri dön