Ana Sayfa > Xəbər > Artur Rasizadə nazirliyin kollegiyasında dəyişiklik etdi

Artur Rasizadə nazirliyin kollegiyasında dəyişiklik etdi


29-10-2015, 10:37. Yazar: admin
Artur Rasizadə nazirliyin kollegiyasında dəyişiklik etdi
Nazirlər Kabineti "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında dəyişiklik edib.

Report-un məlumatına görə, dəyişikliklə bağlı sənədi Baş nazir Artur Rasizadə imzalayıb.

Qərarla İbrahimov Sarvan Hüseyn oğlunun adı nazirliyin kollegiya üzvlərinin siyahısından çıxarılıb, əvəzində, Qədimova Natəvan Tofiq qızının adı daxil edilib.

Xatırladaq ki, Natəvan Qədimova Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Naxçıvan MR-in Mədəniyyət və Turizm naziri təyin edilib.

Geri dön