Ana Sayfa > Xəbər > Rövnəq Abdullayev: Neftin qiyməti 90 dollara çata bilər
Rövnəq Abdullayev: Neftin qiyməti 90 dollara çata bilər4-04-2015, 14:57. Yazar: admin |
2017-ci ilə neftin qiyməti 80-90 dollar səviyyəsinə çata bilər. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib. Onun sözlərinə əsasən, 2016-cı ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollar nəzərdə tutulması normal haldır: "Bu məsələyə ehtiyatlı yanaşmaq lazımdır. Bu səbəbdən gələn ilin dövlət büdcəsində qiymət 50 dollar səviyyəsində götürülüb. Neftin qiymətinin dəyişməsi tendensiyasına diqqət yetirsək görərik ki, qiymətlər gah azalır, gah da artır. Bunu son 20 ilin qiymət diaqramı göstərir. Bununla da 2017-ci ilədək neftin qiyməti 80-90 dollar səviyyəsinə çata bilər". R.Abdullayev qeyd edib ki, neftin qiymətinin azalması ilə əlaqədar bəzi ölkələrin iqtisadi artım tempi artıb: "İqtisadiyyatın artması yanacağa tələbatı yüksəldir. Müvafiq olaraq, tələbat artdıqca qiymət də artır". O, əlavə edib ki, İrana qarşı sanksiyaların ləğv edilməsi qiymətə ciddi təsir etməməlidir: "İran neft hasilatını dayandırmadı. İran onu daha aşağı qiymətə satırdı, indi isə açıq şəkildə reallaşdıracaq. Buna görə də qiymətə ciddi təsiri gözləməyə dəyməz". Geri dön |