Ana Sayfa > Xəbər > Qaçqın sığınacağı yandırıldı

Qaçqın sığınacağı yandırıldı


28-10-2015, 18:09. Yazar: admin
Qaçqın sığınacağı yandırıldı
Parikkalada qaçqınların məskunlaşdığı sığınacağa od vurulub.

Axar.az “Unian”a istinadən xəbər verir ki, vandalizm faktı kimi qeydə alınan hadisə ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırmaya start verilib. Finlandiya Polis Komissarlığından verilən məlumata görə, yanğının təsadüfi baş verməsi reallığa uyğun deyil və sözügedən insident məqsədyönlü şəkildə təşkil edilib.

Xatırladaq ki, bu tip hadisə son günlərdə Finlandiyanın Kouvola şəhərində də qeydə alınmışdı.

Geri dön