Ana Sayfa > Xəbər > MTN polkovniki qardaşından sonra getdi

MTN polkovniki qardaşından sonra getdi


28-10-2015, 18:00. Yazar: admin
MTN polkovniki qardaşından sonra getdi
Milli Təhlükəsizlik Nazirliyində "təmizləmə" əməliyyatı davam edir. Vəzifə səlahiyyətlərində sui-istifadə edən, adları müxtəlif qanuna zidd əməllərdə hallanan şəxslər vəzifələrindən kənarlaşdırılır, saxlanılır

Milli.az-ın əldə etdiyi məlumata görə, MTN-in Tədris Mərkəzinin rəisi, polkovnik Vahid Zeynalov işdən azad olunub. Rəsmi sənəddə onun "sərəncama götürüldüyü" vurğulanır.

Dünən xəbər yayılmışdı ki, onun qardaşı - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub.

Geri dön