Ana Sayfa > Xəbər > “Onlar mənim üçün yoxdurlar” – Vurğun Əyyubun Müsavatın qərarına münasibəti
“Onlar mənim üçün yoxdurlar” – Vurğun Əyyubun Müsavatın qərarına münasibəti28-10-2015, 17:07. Yazar: admin |
Oktyabrın 25-də Məhsul stadionuna təqribən 300 adam toplayan Müsavat Partiyası 1 noyabr parlament seçkilərində seçicilərini, tərəfdaşlarını Müsavatın namizədlərinə səs verməyə çağırırdılar. Bu gün isə hazırkı başqan Arif Hacılı bəyanat verərək, seçkilərə qatılmayacaqlarını bildirdilər. Bu qərarsızlığın mahiyyətini öyrənmək üçün keçmiş müsavatçı Vurğun Əyyubla əlaqə saxladıq. Müsavat Partiyasının keçmiş başqan müavini Vurğun Əyyub Hafta.az-a açıqlamasında Arif Hacılı başqanlığındakı Müsavat Partiyasının bu qərarına şərh vermək istəmədiyini deyib: “Doğrusu onların hansı qərarı verməsi məni qətiyyən maraqlandırmır. Heç şərh də etmək istəmirəm. Çünki artıq onlar mənim üçün yoxdurlar. Bu cür kəskin dönüşlərin səbəbinə politoloqlar, jurnalistlər fikir bildirməlidirlər”. Qeyd edək ki, Vurğun Əyyub bir il əvvəl partiyadaxili 8-ci qurultay zamanı seçkinin saxtalaşdırıldığını əsas gətirərək, Müsavat Partiyasından istefa verib. Geri dön |