Ana Sayfa > Xəbər > Elşad Miri Tale Bağırzadəyə qarşı - ŞOK AÇIQLAMALAR

Elşad Miri Tale Bağırzadəyə qarşı - ŞOK AÇIQLAMALAR


28-10-2015, 16:13. Yazar: admin
Elşad Miri Tale Bağırzadəyə qarşı - ŞOK AÇIQLAMALAR
“Müsəlman Birliyi” hərəkatının rəhbəri, ilahiyyatçı Hacı Tale Bağırzadə Aşura günü haqqında danışarkən maraqlı fikirlər işlədib: “Biz çalışmalıyıq ki, insanlar Məhərrəmlik və “Aşura"nın mahiyyətini anlayıb meydanlara gəlsinlər, ehsan versinlər. Hesab edirəm ki, belə olduqda Azərbaycanda milli kimliyimizə yad olan məzhəblər, təriqətlər ayaq tutub yeriyə bilməyəcəklər". Lakin bu fikirlər sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

Moderator.az-ın məsələ ilə bağlı sorğusuna cavab verən Elşad Miri bunları deyib: "Mən bu yazını oxudum, videosuna da baxdım. Sadəcə belə bir anlayış var ki, həbsə girib çıxan adam özünü qəhrəman kimi hesab edir və elə düşünür ki, o hamıdan haqlıdır. Bu da bir növ yeni bir tendensiyadı. Bu gün Aşuraya gedən yüz minlərlə insan ordan nə öyrənir? O insanlar ora niyə gedir? İstəyirlər ki, ürəyində tutduqları arzuları, niyyətləri həyata keçsin. Buna görə də aparıb nəzir atır. Elə düşünürlər ki, bununla günahlarını təmizləyir. Soruşsan ki, İmam Hüseyn nə zaman anadan olub, nə zaman ölüb, Kərbala niyə olub? İnanın ki, ordakı adamların 99 faizinin bundan məlumatı yoxdu. Mən özümdən bilirəm. Uşaq olanda Hacıkənddən qaçıb Gəncədə İmamzadəyə gedirdim. Orda Aşura mərasimlərində iştirak edirdim. Görün, Aşuradan kimlər nə qazanır? İnsanlar ora nəzir atırlar, nəzir yığanlar qazanır. Həmçinin, bir şeyi də nəzərə alaq. Peyğəmbərin qardaşları sayılan,“Quran”da adları çəkilən digər peyğəmbərlər-Yəhya peyğəmbər , Zəkəriyyə xüsusi qəddarlıqla öldürülüb. Suriyada, Əməvi məscidində təzəlikcə onların qəbirləri dağıdıldı. Amma heç kimin səsi çıxmadı. Peyğəmbər demişdimi ki, gəlin o peyğəmbərlərin öldüyü günü özümüzə zəncir vuraq, onların zülmə qarşı qiyamını bir gün qeyd edək, onlara yas tutaq? Xeyr, etmədi. O dedi ki, gəlin ibrət götürün. Aşuralarda Allahdan, peyğəmbərlərdən daha çox İmam Hüseynin adı çəkilir, müəyyən şəxslərə lənət oxunur. Orda nə İmam Həsənin, nə Həzrəti Fatimənin adı çəkilir. Bu tamamilə iranyönümlü yanaşmadı. İmam Hüseynin fars əsilli olan xanımı Şəhrəban İran şahı III Yezdəgürdün qızı olub. Bütün imamlar da bu nəsillə gəlir. Nə İmam Həsənin nə də Həzrəti Əlinin digər xanımlarından olan uşaqlarının nəsli imam adlandırılmır. İnsanlara bu fakt müəyyən bir anlayış verə bilər. Özünü on iki imamın davamçısı sayan insanlar düşünmürlər ki, nəyə görə biz uşaqlarımıza Ömər, Ayşə adı qoymuruq. Halbuki imamlar öz uşaqlarına bu adları qoyurdular. Onlar özlərini bu imamlardan üstün tuturlar, yoxsa onlardan fərqli düşünürlər. Aşuradan istifadə edib məzhəb ayrıseçkiliyi salmaq doğru deyil. Çünki islam bizdən birlik tələb edir. Yad dinə gəldikdə isə, islam əvvəl də Azərbaycana yad idi, yayıldı. Xristianlıq da yad idi, o da yayıldı. Bunlar məzhəbçilik edirlər. Şiə olmayana vəhhabi deyirlər, sünni demirlər. Bunlar yolverilməzdir. Bu dini diskriminasiyadır".

Geri dön