Ana Sayfa > Xəbər > “Hələ ki, əməliyyatı təxirə salmışam...”

“Hələ ki, əməliyyatı təxirə salmışam...”


4-04-2015, 14:01. Yazar: admin
“Hələ ki, əməliyyatı təxirə salmışam...”
Müğənni Günay İbrahimli iki albom üzərində çalışır.

“Qafqazinfo”ya açıqlamasında müğənni bir albomunun seçmə mahnılarından, digərinin təzə mahnılarından ibarət olacağını bildirib:

“Yeni albomum hazırdır, “Sənə bağlanıram” adlanır. Türkiyədə hazırlanıb. Hazırlıq prosesi uzun çəkdi. Tələsmədim, keyfiyyətli iş ortaya çıxartmaq istədim. Albom həm Türkiyədə, həm də Azərbaycanda satışa çıxarılacaq. Albomum üçün imza günü keçirəcəm. İnanıram ki, uğurlu alınacaq. İkinci albomum üzərində çalışıram. Burada eşitmədiyiniz mahnılar yer alacaq. Yeniliklərim çox olacaq”.

Bir müddət əvvəl burun əməliyyatı olacağını açıqlayan Günay fikrindən daşındığını da açıqlayıb:

“Hərdəm xəyalam. Gah əməliyyat olmağı istəyirəm, gah da istəmirəm. Hələ ki, əməliyyatı təxirə salmışam. Bir az gözləmək istəyirəm. Nə vaxt əməliyyat olsam, xəbər edəcəm”.

Geri dön