Ana Sayfa > Xəbər > Bakıda yük maşını piyadanı vuraraq öldürüb

Bakıda yük maşını piyadanı vuraraq öldürüb


28-10-2015, 13:11. Yazar: admin
Bakıda yük maşını piyadanı vuraraq öldürüb
Bakıda yük maşını piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 27-də saat 01 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsində qeydə alınıb. Xırdalan şəhər sakini Saleh Tapdıqov idarə etdiyi “Shacman” markalı avtomobillə yolun kənarında dayanan Zaqatala rayon sakini Nəsihət Məmmədovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Geri dön