Ana Sayfa > Xəbər > Ucarda 10 yaşlı uşaq bıçaq xəsarəti alıb
Ucarda 10 yaşlı uşaq bıçaq xəsarəti alıb28-10-2015, 11:26. Yazar: admin |
Ucarda azyaşlı uşaq bıçaq xəsarəti alıb. Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Məlikballı kənd sakini, 2005-ci il təvəllüdlü Səid Siyavuş oğlu Cavadov bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. Onun vəziyyəti stabil qiymətləndirilir. Ucar Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, S. Cavadov ehtiyatsızlıq nəticəsində bıçaq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır. Geri dön |