Ana Sayfa > Xəbər > Azərbaycanlı məmur Gürcüstanda tutuldu

Azərbaycanlı məmur Gürcüstanda tutuldu


4-04-2015, 13:26. Yazar: admin
Azərbaycanlı məmur Gürcüstanda tutuldu
Dünən azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Yırğançay kənd icra nümayəndəsi Əlibəy Həsənov Gürcüstan Daxili İşlər Nazirliyinin Korrupsiya ilə mübarizə agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Vertikal.az xəbər verir ki, nazirlikdən APA-ya veilən məlumata görə, kənd icra nümayəndəsi Ə. Həsənov 900 dollar rüşvət almaqda təqsirli bilinir.

Qeyd olunub ki, Ə. Həsənov Yırğançay kənd sakininə 48 ton kartof toxumunun mənşəyi barədə saxta arayış verib. Nəticədə o, Korrupsiya agentliyinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri sayəsində saxlanılıb.

Baş verən hadisə ilə bağlı yaxın günlərdə məhkəmə prosesi keçiriləcək. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinə əsasən Ə. Həsənovu 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

Geri dön