Ana Sayfa > Xəbər > Paytaxtın əksər prospektlərində sıxlıq var

Paytaxtın əksər prospektlərində sıxlıq var


28-10-2015, 10:13. Yazar: admin
Paytaxtın əksər prospektlərində sıxlıq var
Hazırda Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Virtualaz.org Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən bildirir ki, bu dəqiqələrdə Bakı-Sumqayıt şosesində (Sumqayıt istiqamətində), Ziya Bünyadov prospektində (hər iki istiqamətdə nisbi sıxlıq), Binəqədi şosesində, Koroğlu Rəhimov küçəsində (Prezident iqamətgahı istiqamətində), Hənifə Ələsgərov küçəsində, Tbilisi prospektində ("20 Yanvar" metro stansiyası istiqamətində, Nəqliyyat Nazirliyinin qarşısında), habelə Xətai prospektində (Təhsil Nazirliyinin qarşısında), İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısında) və Neftçilər prospektində (Qız Qalasının qarşısında) nəqliyyat vasitələrinin hərəkətində ləngimə qeydə alınıb.

Geri dön