Ana Sayfa > Xəbər > Ramin Hacılı: “Heç yerə qaçmamışam”

Ramin Hacılı: “Heç yerə qaçmamışam”


27-10-2015, 18:51. Yazar: admin
Ramin Hacılı: “Heç yerə qaçmamışam”
Dostlar, mən heç bir yerə qaçmamışam. Ayın ikisi Bakıda olacam.

Axar.az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı Feysbuk hesabında yazıb.

O, barəsində yayılan şayiələrin əsassız olduğunu bildirib:

“Dostlar, mən heç bir yerə qaçmamışam. Ayın ikisi Bakıda olacam. Ciddi problem səbəbindən Türkiyədəyəm. İki gün yolda oldum. Kiməsə xəbər edə bilmədim. Yaxşı oldu, dost və düşmən kəsilən bilindi. Kiməsə borcum yoxdur. İş görürəm və bu ərəfədə alınmayan işlərə görə qaytaracaqlar var. Onları da bir həftə sonra gəlib həll edəcəm. Bir qrupun iddia etdiyi kimi külli miqdarda borcum yoxdur. Gəlincə məhkəməyə müraciət edəcəm və həqiqəti ortaya çıxaracam. Fürsətçilik etməyin, adamın başına iş gələr. Lütfən bir həftə gözləyin”.

Qeyd edək ki, bu gün mətbuatda Ramin Hacılının bir qrup gəncdən 6 min manat pul alaraq ölkəni tərk etməsi barədə məlumat yayılıb.

Geri dön