Ana Sayfa > Xəbər > Beş dəfə məhkum olunmuş şəxs oğurluq edərkən tutulub

Beş dəfə məhkum olunmuş şəxs oğurluq edərkən tutulub


27-10-2015, 18:24. Yazar: admin
Beş dəfə məhkum olunmuş şəxs oğurluq edərkən tutulub
Gədəbəydə cibgirliklə məşğul olan şəxs saxlanılıb.

"Report"un məlumatına görə, əvvəllər 5 dəfə məhkum olunmuş Gəncə sakini 40 yaşlı Alim Məmmədov mal-heyvan bazarında özünü müştəri kimi təqdim edərək satıcının cibindən 1300 manatdan çox nəğd pul oğurlayıb.

Gədəbəy Rayon Polis Şöbəsindən bildirilib ki, A.Məmmədov oktyabr ayının 25-də səhər saatlarında oğurluq etdiyi zaman saxlanılıb: "Goranboy rayon sakini hal-hazırda Gədəbəydə yaşayan Kamil Məmmədovun cibindən 1382 manat pulu oğurlayan Gəncə sakini Alim Cabir oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı oğurladığı pul maddi sübut kimi götürülüb".

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır. A.Məmmədovun əməllərindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.

Geri dön