Ana Sayfa > Xəbər > “O qadını üstümə rəqibim Nazim Məmmədov göndərib” - QALMAQAL

“O qadını üstümə rəqibim Nazim Məmmədov göndərib” - QALMAQAL


27-10-2015, 18:20. Yazar: admin
“O qadını üstümə rəqibim Nazim Məmmədov göndərib” - QALMAQAL
104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rafiq Məmmədhəsənov seçiciləri ilə görüş zamanı etirazla qaşrılanıb. Yayılan videodan aydın olur ki, səhiyyə sahəsindəki problemlərə etiraz edən qadın bununla bağlı indiki deputatdan cavab istəyir.

Rafiq Məmmədhəsənov Modern.az-a açıqlamasında qadının rəqibləri tərəfindən öyrədilərək onun üzərinə göndərildiyini qeyd edib və o, konkret ad da çəkib:

“Qadın rəqibim Nazim Məmmədov tərəfindən öyrədilmişdi. Tovuzun Alakol kəndində görüş zamanı qadın fikirlərini səslndirdi, mən isə susmuşdum ki, fikrini desin və probleminin nə olduğunu bilim. Sözünü deyib qurtarandan sonra onu qırağa çəkib problemlərini dinlədim. Tibbi problemi var idi, dedim ki, Bakıya gəlsin, həll ediləcək. Razılaşdı və dedi ki, gələcək. O, sadəcə mənim rəqiblərim tərəfindən öyrədilmşdi. Mən isə o səviyyəyə enmədim və onu sonadək dinləyib problemini öyrəndim”.

Başqa yerlərdə xoş qarşılandığını deyən deputatlığa namizəd bildirib ki, hər yerdə onu seçiciləri yaxşı qarşılayıb: “Mənə şeirlər deyirdilər, yaxşı qarşılayırdılar. Bircə bu kənddə qadın tərəfindən belə addım atılıb. Onun hirsi soyuyandan sonra məlum oldu ki, Nazim Məmmədov öyrədib”.



Geri dön