Ana Sayfa > Xəbər > Murad Arifdən oğurluq iddiasına cavab - Video

Murad Arifdən oğurluq iddiasına cavab - Video


27-10-2015, 17:48. Yazar: admin
Murad Arifdən oğurluq iddiasına cavab - Video
Müəyyən oxşarlıqlar var, amma plagiat dərəcəsində deyil.

Bu sözləri gənc bəstəkar Murad Arif “Yeganə” mahnısını Eldar Mansurovun “Taleyin oyunu” bəstəsindən plagiat etməsi iddiaları ilə bağlı Axar.az-a danışarkən deyib:

“İndi dinlədim. “Taleyin oyunu” mahnısı ilə tanış deyildim. Onu deyim ki, müəyyən qədər oxşarlıq sezdim, amma ittiham və ya plagiat dərəcəsində deyil. Müəyyən oxşarlıqlar var ki, bunlar normal qiymətləndirilməlidir. Biz hamımız o bəstələrlə böyümüşük. Ola bilər ki, uşaq vaxtı dinləmişəm və yaddaşımda qalıb. Çox sevinirəm ki, yaradıcılığımda Eldar Mansurov kimi sənətkarın yaradıcılığı ilə oxşarlıq var.

Düşünürəm ki, gənc yaradıcılar böyük sənətkarlarımızın yaradıcılığından bəhrələnməlidir.

“Azərbaycan” adında yazılmış mahnını dinlədikdə doğmalıq hiss edirik, bax, bu hiss də ona bənzəyir. Biz o ənənələri davam etdirməliyik, bu, bizim borcumuzdur”.

Xatırladaq ki, xalq artisti Eldar Mansurov Axar.az-a açıqlamasında sözügedən mahnıların bir-birinə çox oxşadığını, Murad Arifi isə vicdanı ilə baş-başa buraxdığını demişdi.




Geri dön