Ana Sayfa > Xəbər > MSK: Seçkiqabağı təşviqat zamanı pozuntular qeydə alınmayıb
MSK: Seçkiqabağı təşviqat zamanı pozuntular qeydə alınmayıb27-10-2015, 13:08. Yazar: admin |
Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqat zamanı hər hansı nəzərəçarpacaq pozuntular və ya hallar qeydə alınmayıb. Bu barədə Trend-ə Mərkəzi Seçki Komissiyasının Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, yerlərdə müəyyən xırda nöqsanlar baş versə də, müvafiq dairə seçki komissiyaları tərəfindən dərhal reaksiya verilərək həmin məsələlər aradan qaldırılıb. Bildirilib ki, yerlərdə təşviqat aparmaq üçün bütün namizədlərə qanunvericilik çərçivəsində bərabər şərait yaradılıb və namizədlər müvafiq qaydada seçiciləri ilə görüşlərini davam etdirirlər Geri dön |