Ana Sayfa > Xəbər > Azərbaycanlının hakimiyyətə gətirdiyi Avropa prezidenti kimdir?

Azərbaycanlının hakimiyyətə gətirdiyi Avropa prezidenti kimdir?


4-04-2015, 12:03. Yazar: admin
Azərbaycanlının hakimiyyətə gətirdiyi Avropa prezidenti kimdir?
“Rusiyanın Çexiya və Slovakiyada yatırımları çox güclüdür”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı müxalifətçi Harri Kasparov çıxış edib.

O, hazırda rus biznesinin burada artıq yuxarı dairələri əlinə aldığını bildirib:

“Çexiyada hökumət orqanlarının biznesmenlərlə əlaqəsi çoxdur. Bu bağlılıq məsələsinə biz ilk növbədə Çexiya prezidentini göstərə bilərik. O, açıq-aşkar “Lukoyl”un pulu hesabına hakimiyyətə gəlib və indi də Putini açıq şəkildə müdafiə edir. Çexiya, Slovakiya, Macarıstandakı bəzi siyasi liderlərin Putini dəstəkləməsi 1956 və 1968-ci illərdə Sovet tanklarının altında əzilən bu ölkələrin vətəndaşlarının xatirəsi üçün təhqirdir”.

Qeyd edək ki, hazırda Çexiya prezidenti Miloş Zemandır. O, 2013-cü ildən ölkəyə rəhbərlik edir. Bundan öncə, 1996-1998-ci illərdə parlamentin sədri, 1998-2002-ci illərdə isə baş nazir postunu tutub.

Geri dön