Ana Sayfa > Xəbər > Suriya böhranında mühüm irəliləyiş – Çıxış yolu
Suriya böhranında mühüm irəliləyiş – Çıxış yolu27-10-2015, 11:50. Yazar: admin |
Hazırkı gedişat göstərir ki, Suriya böhranının həll yolu müharibədən keçir. Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert ilin sonuna qədər Suriya böhranı ilə bağlı irəliləyişlərin ola biləcəyini istisna etməyib: “Suriyada davam edən müharibə get-gedə şiddətlənir. Xarici qüvvələr bölgədə aparılan hərbi əməliyyatlarda üstünlük əldə etməyə çalışırlar. Ona görə də ABŞ, Rusiya, İran və digər oyunçular - Səudiyyə, Qətər, Türkiyə də birmənalı olaraq yaranmış hərbi-siyasi vəziyyətdən maksimum faydalanmağa çalışırlar. Danışıqlar prosesinin nəticələrindən aydındır ki, faktiki olaraq Suriyada pat vəziyyət yaranıb. Tərəflər hazırda bütün hallarda mövcud vəziyyətdən çıxmaqda maraqlıdırlar. İlin sonuna qədər Suriya məsələsi ilə bağlı konkret razılaşmaların əldə edilməsini istisna etmək olmaz. Belə ki, bu razılaşmalar ya Suriya üzərində yeni beynəlxalq konfransın çağırılması yolu ilə, ya da digər formatlarda, qapalı danışıqların aktivləşməsindən ibarət ola bilər. İlin sonuna qədər sözügedən aktivləşmə baş tutarsa, danışıqlar prosesi İsveçrədə, yaxud da başqa bir neytral ölkədə keçirilə bilər”. Geri dön |