Ana Sayfa > Xəbər > Həccə 5700 dollardan yığan idarə zəvvarı niyə peyvənd etdirmir?
Həccə 5700 dollardan yığan idarə zəvvarı niyə peyvənd etdirmir?26-10-2015, 17:31. Yazar: admin |
"Son iki-üç ildir Azərbaycandan Həcc ziyarətinə yola düşən zəvvarların əksəriyyəti səfərdən əvvəl peyvənd olunmur". Bu barədə Həcc ziyarətindən qayıtmış hacılar məlumat verib. Zəvvar qruplarından birinə rəhbərlik edən Hacı Fəttah Fəttayev APA-ya bildirib ki, 3 il əvvələ qədər zəvvarların yola düşməzdən əvvəl peyvənd olunmasına Qafqaz Müsəlmanları İdarəsi ciddi nəzarət edirdi, amma son illər bu məsələ zəvvarların öz ixtiyarına buraxılıb: “Bu il də bizim vasitəmizlə zəvvarlara müraciət olundu ki, səfərə çıxmazdan əvvəl peyvənd olunmaq zəruridir, kim istəyirsə olsun. Məsələ zəvvarların öz arzusuna buraxıldı. Zəvvarların təxminən 10 faizi peyvənd olundu”. Qrup rəhbəri qeyd edib ki, peyvəndləmə adətən zəvvarların qeydiyyatda olduqları poliklinikalarda həyata keçirilir. Digər qrup rəhbəri Hacı Elman Əsgərov da Hacı Fəttahın dediklərini təsdiqləyib: “Zəvvarlardan bu il sənəd toplanarkən onların peyvənd olunması şərt kimi qoyulmadı. Sağlamlıq haqqında arayış tələb olunurdu, amma peyvənd olmaq yox”. QMİ-nin mətbuat xidmətindən mövzuya dair sorğusuna cavab olaraq bildirilib ki, zəvvarlardan sənəd qəbul edilərkən onların qeydiyyatda olduqları sahə üzrə poliklinikadan sağlamlıq haqqında arayış təqdim etmələri məcburidir: “Həmin poliklinikanın təqdim etdiyi rəsmi arayış nəticəsində onların sağlamlığı nəzərə alınır və sənədləri qəbul olunur. O ki qaldı səfərqabağı peyvəndləmə məsələsinə, üç il əvvələ qədər "quş qripi" və digər bu kimi yoluxucu xəstəlikləri aktual olduğu üçün idarə tərəfindən Səudiyyə Ərəbistanı ilə razılaşdırılmış formada xüsusi tələb vardı ki, zəvvarlar bu kimi viruslara qarşı vaksinasiya olunsun. Son illər, o cümlədən bu il belə viruslarla bağlı məlumatlar gündəmdə olmadığı və təhlükə hiss edilmədiyi üçün peyvəndləmə ilə bağlı xüsusi tələb olmadı. Ümumiyyətlə, kim peyvənd olmaq istəyirsə, ola bilər. Bu, artıq zəvvarın öz şəxsi işidir”. Geri dön |