Ana Sayfa > Xəbər > 17 yaşlı türk qızın sevgi hekayəsi – Şok oxunma

17 yaşlı türk qızın sevgi hekayəsi – Şok oxunma


26-10-2015, 16:05. Yazar: admin
17 yaşlı türk qızın sevgi hekayəsi – Şok oxunma
Türkiyənin Muğla şəhərində yaşayan 17 yaşlı Buket Özdalın internetdə paylaşdığı sevgi hekayəsi oxunma rekordu qırdı.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, Buketin paylaşdığı “Bir qab sevgi” hekayəsi 6 milyon dəfə oxunduğuna görə bir nəşriyyat tərəfindən kitab halında nəşr edilib. 3 min tirajla çıxan kitabın ikinci hissəsinin nəşri gözlənilir.

11-ci sinif şagirdi olan Buket rahat olduğu tək yerin sözlərin arasında olduğunu, ancaq yazarkən özünü acılardan, qorxulardan qoruduğunu deyib.

O, məktəbi bitirmək, universitetə qəbul olmaq üçün bir müddət heç nə yazmayacağını da vurğulayıb.

17 yaşlı qız hazırda Türkiyədə müzakirə mövzusuna çevrilib.

Geri dön