Ana Sayfa > Xəbər > Səudiyyə şahzadəsi 2 ton narkotiklə tutuldu

Səudiyyə şahzadəsi 2 ton narkotiklə tutuldu


26-10-2015, 15:18. Yazar: admin
Səudiyyə şahzadəsi 2 ton narkotiklə tutuldu
Livanın təhlükəsizlik qüvvələri Səudiyyə şahzadəsi Əbdül Möhsün bin Valid bon Əbdül Əzizi bu gün Beyrut aeroportunda saxlayıblar.

Virtualaz.org saytı Qərb mətbuatına istinadən xəbər verir ki, “əl-Mayadin” telekanalı baxış zamanı şahzadənin yükünün arasında böyük miqdarda narkotik çıxması haqda məlumat yayıb.

İlkin məlumata görə, narkotikin çəkisi 2 ton olub. Yük 40 qutuya qablaşdırılıbmış. Narkotikin (onun nə olduğu açıqlanmır) hamısı müsadirə olunub. Şahzadə Beyrutdan vətəninə şəxsi təyyarəsində uçarkən saxlanılıb.

Geri dön