Ana Sayfa > Xəbər > Goranboyda "Milli Ön" ödəmə terminalını oğurlayanlar tutuldu
Goranboyda "Milli Ön" ödəmə terminalını oğurlayanlar tutuldu26-10-2015, 14:11. Yazar: admin |
Goranboy rayonunda mağazadan "Milli Ön" ödəmə terminalını oğurlayan üç şəxs tutulub. Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, onlar Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Belə ki, oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3 036 manat olan "Milli Ön" ödəmə terminalını oğurlayan rayon sakinləri, əvvəllər məhkum olunan Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev tutulublar. Faktla bağlı araşdırma aparılır. Geri dön |