Ana Sayfa > Xəbər > Ermənini yenən Babək dünya çempionu oldu – Foto
Ermənini yenən Babək dünya çempionu oldu – Foto26-10-2015, 13:45. Yazar: admin |
Bir-neçə ay bundan öncə Tiflisdə keçirilən Xəzər-Qara Dəniz ölkələrinin kubokunda erməni zabitini məğlub edən Yol Xətt MMC-nin hüquqşünası Babək Əliyev dünya çempionu olub. Axar.az xəbər verir ki, Azərbaycanı təmsil edən Babək Əliyev VJJF və ICO j-1 qaydası ilə Almanyanın Ştutqard səhərində keçirilən dünya çempionatında birinci yerə çıxaraq, bayrağımızı dalğalandırıb. Hər il “kombat” idman növləri üzrə keçirilən dünya çempionatında 500-dən çox idmançı iştirak edib. Babək Əliyev 80 kiloqram çəki dərəcəsində ilk döyüşünü İtaliya təmsilçisi ilə keçirərək, ona qalib gəlib. Daha sonra rinqdə fransız əsilli İsveç təmsilçi ilə qarşı-qarşıya gələrək onu da məğlub etməyə müvəffəq olub və finala yüksəlib. Finalda gənc hüquqşünas Əlcəzair idmançısı Mehdi Maunanedi ilə üz-üzə gəlib. Bu görüşdə də Babək Əliyev rəqibinə şans verməyərək dünya çempionu tituluna sahib olub. Geri dön |