Ana Sayfa > Xəbər > Rusiya Cənubi Qafqaza zirehli texnika yeridir

Rusiya Cənubi Qafqaza zirehli texnika yeridir


26-10-2015, 13:21. Yazar: admin
Rusiya Cənubi Qafqaza zirehli texnika yeridir
Rusiya Abxaziyadakı hərbi bazasına

80 ədəd BTR-82AM zirehli transportyor göndərib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Zirehli transportyorlarla bərabər Abxaziyaya PRP-4A Arqus mobil kəşfiyyat qurğuları və KamAZ-53212 avtomobilləri də yerləşdirilib.

Qeyd edək ki, Abxaziya Gürcüstan ərazisidir. Bu separat respublika 2015-ci ildə Moskva ilə müttəfiqlik haqqında müqavilə imzalayıb. Kreml Abxaziyanın müstəqilliyini 2008-ci ilin avqust savaşından sonra rəsmən tanıyır.

Geri dön