Ana Sayfa > Xəbər > Qaxda qonşular arasında dava: yaşlı qadın xəstəxanaya düşdü

Qaxda qonşular arasında dava: yaşlı qadın xəstəxanaya düşdü


26-10-2015, 12:21. Yazar: admin
Qaxda qonşular arasında dava: yaşlı qadın xəstəxanaya düşdü
Qaxda qonşular arasında baş verən kütləvi dava yaşlı qadının xəsarət alması ilə nəticələnib.

"Report"un məlumatına görə, hadisə rayonun Baydarlı kəndində baş verib.

Belə ki, kənd sakini 52 yaşlı Kifayət Əhməd qızı Bəbəşova qonşuları tərəfindən döyülüb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan sayta bildirilib ki, K.Bəbəşova baş nahiyəsindən və bədinin müxtəlif yerlərindən aldığı çoxsaylı xəsarətlə Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qonşular arasında mübahisə kəndin yollarına tökülən çınqıl üstündə baş verib və sonda K.Bəbəşovanın döyülməsi ilə nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

Geri dön