Ana Sayfa > Xəbər > Türkiyə səfirliyinə atəş açan erməniyə cəza verildi

Türkiyə səfirliyinə atəş açan erməniyə cəza verildi


4-04-2015, 10:38. Yazar: admin
Türkiyə səfirliyinə atəş açan erməniyə cəza verildi
Moskvanın Xamovniçesk şəhər məhkəməsi Türkiyə səfirliyinə atəş açan erməni barəsində hökm çıxarıb. ANS PRESS-in məlumatına görə, 43 yaşlı Arut Mirzoyan 2 il azadlıqdan məhrum edilib.

Arut Mirzoyanın vəkili Qeorqi Şatvoryan məhkəmənin qərarı ilə razı olmadıqlarını bildirib: "Biz bu qərardan şikayət etməyə hazırlaşırıq. Türkiyə erməni genosidini tanımaq istəmədiyi üçün Artur Mirzoyan bunu edib. O, bununla beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək istəyib.".

Qeyd edək ki, Mirzoyan Rusiya vətəndaşıdır və Tula vilayətində yaşayır. O, "Dobrıy les" şirkətinin rəhbəridir.

Mirzoyan 18 avqust 2014-cü il tarixində gecə saatlarında ov silahından Türkiyə səfirliyinin binasının üstündəki Türkiyə gerbinə atəş açmışdı. Mirzoyan bir neçə saat sonra saxlanılmışdı və ona qarşı cinayət işi açılmışdı.

Geri dön