Ana Sayfa > Xəbər > Suriyanın birinci ledisi ortaya çıxdı
Suriyanın birinci ledisi ortaya çıxdı22-10-2015, 17:55. Yazar: admin |
Suriyadakı bir Rusiyanın dənizaltısında saxlandığı iddia edilən Asma Əsədin ilk dəfə gün üzünə çıxıb. Modern.az xarici mediaya istinadən bildirir ki, Asma Əsəd son olaraq 2014-cü ilin iyun ayında dövlət başçısı seçkilərində səs verərkən göstərilib. Suriya lideri Bəşər Əsədin həyat yoldaşı Asam Əsəd ərinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə Moskvada keçirdiyi görüşü zamanı Suriyada həyatını itirən bir əsgərin evinə başsağlığı ziyarətində olanda göstərilib. Dörd il yarımdır davam edən vətəndaş müharibəsi Suriyanı xarabalığa çevirib. İraq-Şam İslam Dövləti (İŞİD) və PYD kimi terror təşkilatlarının yanında, Azad Suriya Ordusu və bənzərləri kimi bir çox müxalif təşkilatlar Əsəd və onu dəstəkləyən İran ilə Rusiya cəbhəsi ilə döyüşür. Vətəndaş müharibəsinin izləri Suriyanın dərhal hər bölgəsində müşahidə edilərkən oktyabrın 20-də ilk dəfə Bəşər Əsəd xaricə səfərə gedib. Geri dön |