Ana Sayfa > Xəbər > Azərbaycanlılar tanışlarını oğurlayaraq 300 min dollar tələb ediblər

Azərbaycanlılar tanışlarını oğurlayaraq 300 min dollar tələb ediblər


4-04-2015, 10:23. Yazar: admin
Azərbaycanlılar tanışlarını oğurlayaraq 300 min dollar tələb ediblər
Rusiyanın şimal paytaxtında məhkəmə adam oğurluğu, zorakılıq və qanunsuz silah dövriyyəsində ittiham olunan iki Azərbaycan Respublikası vətəndaşının işinə baxacaq.

"Report" "Rosbalt"a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatında bldirilir.

Məlumata görə, istintaq müəyyən edib ki, şübhəli şəxslər 22 sentyabr 2014-cü ildə öz tanışlarını oğurlayıblar və Primorski prospektində yerləşən mənzillərdən birində girov saxlayıblar. Onlar tanışlarından sərbəst buraxılması müqabilində 300 min dollar tələb ediblər.

Eyni zamanda zərərçəkən oktyabrın 10-dək girov saxlanılıb. Daha sonra polis cinayətkarların izinə düşərək onları yaxalamağa müvəffəq olub. Qanun keşikçiləri mənzildə axtarış zamanı canilərdən birində səsboğucusu olan "Makarov" tipli tapança və onun güllələrini aşkar ediblər.

Geri dön