Ana Sayfa > Xəbər > “Əsədin getməsini istəyənlərin karyerası ondan tez bitəcək” – Puşkov

“Əsədin getməsini istəyənlərin karyerası ondan tez bitəcək” – Puşkov


22-10-2015, 15:23. Yazar: admin
“Əsədin getməsini istəyənlərin karyerası ondan tez bitəcək” – Puşkov
Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinin devrilməsinin tərəfdarı Avstraliya baş naziri Toni Ebbot və onun kanadalı həmkarı Stiven Harperin vəzifələrindən getmələri Rusiya Dövlət Dumasının xarici məsələlər üzrə komitəsinin rəhbəri Aleksey Puşkova digər siyasətçilərin də taleyini proqnozlaşdırmaq üçün əsas verib.

AzVision.az xəbər verir ki, bu barədə siyasətçi öz “Twitter” səhifəsində yazıb.

“Ebbot və Harper artıq tarixdir. Ola bilsin ki, Əsədin devriləcəyini gözləyən bir çox liderlər də ondan daha əvvəl hakimiyyətdən getsin. Tarixin ironiyası...”, - deyə Puşkov qeyd edib.

Geri dön