Ana Sayfa > Xəbər > Putinin reytinqi yeni rekorda imza atıb

Putinin reytinqi yeni rekorda imza atıb


22-10-2015, 14:24. Yazar: admin
Putinin reytinqi yeni rekorda imza atıb
Rusiya prezidenti Vladimir Putinin nüfuzu yeni rekorda imza ataraq 89,9 faizə çatıb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə İctimai Fikrin öyrənilməsi barədə Ümumrusiya Mərkəzinin yaydığı press-relizdə deyilir.

Qeyd olunur ki, bu rəqəm 2015-ci ilin iyununda qeydə alınmış göstəricidən çoxdur. Ölkə prezidentinin yüksək reytinqinə Rusiya aviasiyasının sentyabrın 30-dan başlayaraq Suriyada terrorçulara qarşı əməliyyatlara başlaması kimi amillər təsir edir.

Rəyi soruşulanların 9 faizi idman hadisələri, 5 faizi Ukraynadakı vəziyyəti, 2 faizi Putinin iqtisadiyyat və mədəniyyət sahələrindəki fəaliyyətini yüksək qiymətləndirdiyini açıqlayıb. Respondentlərin 49 faizi isə cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, 17-18 oktyabr tarixlərində keçirilən sorğuda 1,6 min respondent iştirak edib. Putinin reytinqi 2014-cü ilin yazından, Krımın Rusiyaya birləşdirilməsindən sonra artmağa başlayıb.

Geri dön