Ana Sayfa > Xəbər > Saatlıda canavarlar 24 qoyunu parçaladı
Saatlıda canavarlar 24 qoyunu parçaladı22-10-2015, 14:17. Yazar: admin |
Saatlı rayonunda canavarlar fərdi təsərrüfata hücum edib. AZƏRTAC xəbər verir ki, hadisə rayonun Əbilkənd kəndinin sakini Mehman Orucovun təsərrüfatında baş verib. Gecə saatlarında bir neçə canavar tövləyə soxularaq 24 baş qoyun-quzunu parçalayaraq öldürüb, 5-ni yaralayıb, 6-sını isə aparıb. Saatlı rayon baytarlıq idarəsinin əməkdaşları ölmüş heyvanlardan nümunə götürüb, ərazidə dezinfeksiya işləri aparıb. Geri dön |