Ana Sayfa > Xəbər > Ermənilərdən Dəmirdaşa növbəti dəstək

Ermənilərdən Dəmirdaşa növbəti dəstək


22-10-2015, 13:45. Yazar: admin
Ermənilərdən Dəmirdaşa növbəti dəstək
Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (EAFJD) növbəti dəfə Türkiyənin kürd Xalqların Demokratik Partiyasına (HDP) dəstəyini nümayiş etdirib.

Axar.az xəbər verir ki, federasiya yaydığı bəyanatda Avropa ölkələrində yaşayan Türkiyə vətəndaşlarını HDP-yə səs verməyə çağırıb.

“HDP-nin parlamentə girməsi azadlıq, bərabərlik, sülh və ədalətin zəmanəti olacaq”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Türkiyədə 7 iyunda keçirilən parlament seçkisində də oxşar hadisələr baş vermiş, bir çox erməni təşkilatı HDP üçün səs istəmişdi.

Geri dön