Ana Sayfa > Xəbər > Dekabrın 1-də Ermənistanda hakimiyyət dəyişəcək?

Dekabrın 1-də Ermənistanda hakimiyyət dəyişəcək?


22-10-2015, 13:18. Yazar: admin
Dekabrın 1-də Ermənistanda hakimiyyət dəyişəcək?
Ermənistanın müxalif hərəkatı olan "Yeni Emrənistan" dekabrın 1-də hazırkı hakimiyyəti devirəcəyini bildirib.

ANS PRESS-in məlumatına görə, hərəkatın rəhbəri Jirayr Sefilyan həmin gün ölkədə "vətəndaş itaətsizliyinin və hakimiyyət dəyişikliyinin başlayacağını" elan edib.

"Seçkilər yolu ilə hakimiyyət dəyişikliyi etmək mümkün deyil. Bu yalnız xalqın ayağa qalxması ilə mümkündür", - deyə Sefilyan bildirib.

O həmçinin əlavə edib ki, hərəkat geri çəkilmək niyyətində deyil və öz məqsədinə nail olmaq üçün sonadək mübarizə aparacaq.

Müxalif lider xalqın hakimiyyətin zorakılığı qarşısında susmayacağını da əlavə edib. "Əgər hakimiyyət bu dəfə də xalqa qarşı zorakılıq tətbiq etməyə cürət edərsə, onlar bizim hamımızdan etdiklərinə uyğun cavab almalıdırlar", - deyə "Yeni Ermənistan" hərəkatının rəhbəri bildirib.

Müxalif "İrs" partiyasının sədr müavini Armen Martirosyan isə bildirib ki, hakimiyyət dəyişikliyindən sonra "Yeni Ermənistan" "Xalq etibarı hakimiyyəti" formalaşdıracaq.

"Növbədənkənar prezident və parlament seçkilərinə qədər ölkədə stabilliyi bu hakimiyyət qoruyacaq", - deyən Martisoryan həmçinin vurğulayıb ki, Ermənistanda müxalifət parçalanmayıb.

Radikal müxalifətçilərin birləşdiyi "Yeni Ermənistan" hərəkatı özünü "ictimai xilasın cəbhəsi" adlandırır. Hərəkat konstitusiya islahatlarının, referendumun əleyhinə və ölkədə hakimiyyətin dəyişdirilməsinin lehinə çıxış edir.

xatırladaq ki, dekabrın 6-da Ermənistanda keçiriləcək referendum konstitusiyaya dəyişikliklərin edilməsini, ölkə idarəetməsinin dəyişdirilməsini nəzərdə tutur. Əgər referendumda kifayət qədər səs toplanarsa, Ermənistan parlament respublikası olacaq.

Müxalifət isə bu referendumun baş tutumaması üçün Ermənistan perzidenti Serj Sərkisyanı zorla hakimiyyətdən kənarlaşdırmaq istəyir.

Geri dön