Ana Sayfa > Xəbər > Nazirin arvadı dəlixanadan qaçdı
Nazirin arvadı dəlixanadan qaçdı4-04-2015, 10:16. Yazar: admin |
Yunanıstan polisi dünən ölkənin keçmiş müdafiə naziri Akis Tsoxadzopulosun psixiatriya xəstəxanasından qaçan həyat yoldaşı Viki Stamatini saxlayıb. Axar.az xəbər verir ki, Stamati qaçdığı xəstəxananın yaxınlığında yerləşən kilsədən edilən anonim zəngdən sonra tutulub. Qadın Attika polis bölməsinə gətirilib və onun üzərində psixiatrik ekspertiza aparılacaq. Qeyd edək ki, Viki Stamati 2013-cü ildə ərinin maliyyə cinayətlərindəki iştirakına görə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Geri dön |