Ana Sayfa > Xəbər > 3 ölkədən Əsədə savaş anonsu

3 ölkədən Əsədə savaş anonsu


22-10-2015, 11:56. Yazar: admin
3 ölkədən Əsədə savaş anonsu
Suriyada sülhün təmin olunması üçün ən qısa yol dialoqdur.

Axar.az xəbər verir ki, bu sözləri CNN-ə Qətər Xarici İşlər naziri Xalid Məhəmməd Atıya deyib.

“Suriya xalqını və Suriyanı parçalanmaqdan qorumaq üçün Səudiyyə Ərəbistanı və Türkiyə ilə birlikdə əlimizdən gələni əsirgəmərik. Suriya xalqını rejimin qəddarlığından qorumaq üçün hərbi müdaxilə lazım olarsa, bunu da edərik”, - Qətərin XİN rəhbəri bildirib.

Suriyanın cavabı isə gecikməyib. Ölkənin xarici işlər nazirinin müavini Faysal Mikdad Qətərin hərbi addım atacağı təqdirdə sərt cavab alacağını bildirib:

“Əgər Qətər Suriyaya hərbi müdaxilə edərsə, bunu birbaşa hücum kimi qiymətləndirəcəyik. Reaksiyamız isə çox sərt olacaq”.

Geri dön