Ana Sayfa > Xəbər > Ukrayna prezidenti: “Rusiyanın ağzına yumruq vurduq"

Ukrayna prezidenti: “Rusiyanın ağzına yumruq vurduq"


22-10-2015, 11:21. Yazar: admin
Ukrayna prezidenti: “Rusiyanın ağzına yumruq vurduq"
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın bu ölkəyə hücumlarını dayandırdıqlarını bildirərək “Rusiyanı susdurduq” deyib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Poroşenko Ukraynanın Rusiyanın hücumlarının qarşısını alaraq, "Rusiyanın ağzına yumruq vurmağı" bacaran ilk Avropa ölkəsi olduğunu deyib.

Ukraynanın ən böyük uğurlarından birinin bu olduğunu deyən Poroşenko artıq 1 ay yarımdır ruslarla mübarizənin qızğın getdiyi Şərqi Ukraynadan şəhid tabutlarının gəlmədiyini ifadə edib.

Ukrayna prezidenti separatçıların nəzarətində olan Şərqi Ukrayna torpaqlarını geri qaytarmaq vaxtının yetişdiyini də diqqətə çatdırıb.

Geri dön