Ana Sayfa > Xəbər > Bakının tıxaclı günləri bitir – Ekspert
Bakının tıxaclı günləri bitir – Ekspert22-10-2015, 09:40. Yazar: admin |
|
Marşrut avtobusları üçün salınan xüsusi yol zolaqları yalnız tıxacın qarşısını almaq üçün nəzərdə tutulmayıb. Bu sözləri Axar.az-a Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov deyib. O bildirib ki, xüsusi yol zolaqları həm də yol hərəkətini tənzimləmək üçün salınır: “Ümumi hərəkət yolları ilə bu zolaqlar ayrılır. Bildiyimiz kimi, indi avtobusla yanaşı digər nəqliyyat vasitələri eyni yol zolaqları ilə hərəkət edir. Bu da marşrut avtobuslarının hərəkətinə problem yaradır. O cümlədən dayanacaqda başqa nəqliyyat vasitələri park edir. Nəticədə sərnişinlər ikinci və hətta üçüncü yol zolaqlarında avtobusdan enmək məcburiyyətində qalırlar. Düşünürəm ki, bu problemlərin hamısından azad olacağıq”. N.Ələkbərov bildirib ki, xüsusi yol zolaqları həm də avtobusların hərəkət mexanizmini müəyyən edəcək: “Avtobusların dayanacaqdan çıxma, yaxud dayanacağa çatma vaxtları bəlli olacaq. O cümlədən avtobusların hərəkət sürəti də əvvəlcədən müəyyənləşəcək. Digər tərəfdən marşrutlar üçün xüsusi yol zolaqlarının salınması obyektlərin tikintisində və infrastrukturun planlaşdırılmasında mühüm rol oynayacaq. Mümkündür ki, fövqəladə vəziyyətlərdə xüsusi zolaqlardan istifadə edilsin. Lakin hələlik bu barədə dəqiq məlumat yoxdur”. Geri dön |