Ana Sayfa > Xəbər > Rusiyada uşaq 13-cü mərtəbədən yıxıldı, azərbaycanlı həbs olundu
Rusiyada uşaq 13-cü mərtəbədən yıxıldı, azərbaycanlı həbs olundu21-10-2015, 16:58. Yazar: admin |
Rusiyada məktəblinin ölümünə səbəb olan azərbaycanlıya hökm oxunub. ANS PRESS-in məlumatına görə, 37 yaşlı Zahid Maməliyev məkətbilini intihara təhrik etmədə ittiham edilir. Belə ki, o oğlu ilə dalaşan şagirdi hədələyib. Məhkəmə qərarı ilə daha öncə Ramil adalandırılan şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. O cəzasını ümumi rejimli islah kolonyasında çəkəcək. Xatırladaq ki, intihar hadisəsi ötən ilin 23 oktyabrında baş verib. Moskva şəhərinin Kuntsevo rayonundakı Rublevski küçəsi ev 81-in qarşısında dördüncü sinif şagirdi Dimanın meyiti aşkarlanıb. Onun hündürlükdən düşdüyü müəyyən edilib. Polis müəyyən edib ki, hadisədən bir gün əvvəll o paralel sinifdə oxuyan Mahmud adlı uşaqla mübahisə edib. Mahmud isə baş verənlər barədə onu məktəbdən götürməyə gələn atasına danışıb. Valideyn dərhal müəllimlərə məlumat verib, onlar da bu məsələ ilə məşğul olacaqlarını deyiblər. Dima intihardan öncə oyuncaqlarını yoldaşlarına bağışlayıb. Lakin müəllimlərin reaksiyası Z.Maməliyevi qane etməyib. O, Dimanı iki dostunun yanında hədələyib. İddiaya görə, o uşağa etdiklərindən peşman olacağını deyib. Bundan sonra uşaq iki yoldaşı ilə evlərinə gedib. Dostları mənzildən gedəndən sonra isə evdə yalnız qalan dördüncü sinif şagirdi eyvandan aşağı düşüb. Bu zaman onun onun anası işdə, bacısı isə məktəbdə olub. Hadisədən sonra uşağın ölümünün bədbəxt hal kimi dəyərləndiriblər. Lakin soradan araşdırmanı dərinləşdirən polis bu işdə əsas günahkar kimi onun həmyaşıdının atasını göstərib. Azərbaycan vətəndaşı olan Z.Maməliyev Tula vilayətində qeydiyyatdadır. Geri dön |