Ana Sayfa > Xəbər > Zorlandığı deyilən qız danışdı

Zorlandığı deyilən qız danışdı


4-04-2015, 10:01. Yazar: admin
Zorlandığı deyilən qız danışdı
Tovuzda 4 nəfər tərəfindən zorlandığı deyilən qız danışıb

O, AzNews.az-ın suallarını cavablandırıb.
- Xanım, başınıza gələnlərlə bağlı nə deyə bilərsiniz? Həmin gün sizə zor tətbiq edən oğlanlarla harda qarşılaşdınız?
- Həmin gün saat 12-də evimizdən çıxıb nənəmgilə gedirdim. Elməddin Niyazov mənə yaxınlaşıb başımdan vurdu və zorla avtomobilə mindirdi. Avtomobildə olduğum müddətdə də elə hey məni döyürdü.
- Siz onu tanıyırdınız?
- O, bizim kəndçimizdir. Digər oğlanlardan isə yalnız birini üzündən tanıyıram. Amma o biriləri ilə telefon danışığımız olub. Mənə zəng edərək deyiblər ki, “Mənimlə danışmalısan, danışmasan, sənin şəklini internetə qoyacağıq. Şəklini oturduğun yerdə çəkmişik. Səni soyundurub internetə yerləşdirəcəyik”. Hədə-qorxudan sonra məcbur olub danışmışam. Telefon nömrəmi də paylayıblar. Elməddin məhkəmədə boynuna aldı ki, mənim telefonumu Kamaldan alıb.
- Maşında olarkən, sizi döyərkən Elməddin nə deyirdi, nə istəyirdi?
- Heç nə demirdi. Az sonra telefonla dostuna zəng etdi. Həmin dostu da gəldi.
- İkinci gələn hansı oğlan idi?
- Kamal Məmmədov.
- Bəs, yerdə qalan iki nəfər nə vaxt gəlib?
- Onlar sonradan gəliblər, saat 16.00-da.
- Sizə qarşı hansı zorakılıqlar oldu?
- Elə hey döyürdülər. Sonra məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar. Ümumiyyətlə, onlar bir dəstə uşaq olublar. Təsdiq üçün telefonlarındakı nömrələri də yoxlaya bilərlər. Mənə qarşı dördü də zor tətbiq edib. Ekspertizadan keçmişəm, bədənimdə xəsarət yerləri var.
- Bunu nə ilə əlaqələndirirdilər. Nə deyib döyürdülər?
- Mən onların dediyinə razılaşmırdım, ona görə döyürdülər.
- Həmin vaxt onlar sizi videoya çəkiblərmi?
- Dediklərinə görə çəkiblər, amma mən görməmişəm.
- Atanız açıqlamasında bildirib ki, guya, oğlanlar deyiblər ki, əgər hadisəni kiməsə danışsanız, sizi öldürəcəklər.
- Bəli, elədir.
- Bəs, bu 4 nəfər oğlanın əlindən necə çıxdınız? Kimsə köməyinizə gəldi?
- Yox, elə özüm əllərindən çıxıb qaçdım…
- Həmin vaxt çılpaq idiniz?
- Yox… Onlar məni döyürdülər, amma paltarım əynimdəydi, soyundurmamışdılar.
- İddia belədir ki, sizə qarşı cinsi zorakılıq olub…
- İndi çox danışa bilmirəm. Yoldayam. Evə çatım rahat danışarıq.

Geri dön