Ana Sayfa > Xəbər > Zaqatalada boğazında nar dənəsi 7 aylıq qız ölüb

Zaqatalada boğazında nar dənəsi 7 aylıq qız ölüb


21-10-2015, 16:37. Yazar: admin
Zaqatalada boğazında nar dənəsi 7 aylıq qız ölüb
Zaqatala rayonunda boğazında nar dənəsi 7 aylıq qız ölüb.

Körpənin dayısı Nurulla Muradovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumatına görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.

Dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala MRX-dan APA-ya fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.

Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb.

Geri dön