Ana Sayfa > Xəbər > DİN Ağcakənddəki partlayışla bağlı məlumat yaydı

DİN Ağcakənddəki partlayışla bağlı məlumat yaydı


21-10-2015, 13:28. Yazar: admin
DİN Ağcakənddəki partlayışla bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Lent.az nazirliyə istinadən xəbər verir ki, oktyabrın 20-də saat 8 radələrində Kəlbəcər rayon sakini İnqilab Qasımovun Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kirayədə yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə 1 otağın tavanı dağılıb, yanıq xəsarəti almış İ.Qasımov, arvadı Şəbnəm, qızı Yaqut və oğlu İsa xəstəxanaya yerləşdirilib.

Geri dön