Ana Sayfa > Xəbər > TeliaSonera Özbəkistandan çıxa bilmir: “Aktivlərin son sahibini tapa bilmirik”

TeliaSonera Özbəkistandan çıxa bilmir: “Aktivlərin son sahibini tapa bilmirik”


21-10-2015, 12:53. Yazar: admin
TeliaSonera Özbəkistandan çıxa bilmir: “Aktivlərin son sahibini tapa bilmirik”
Skandinaviya telekommunikasiya nəhəngi TeliaSonera Özbəkistandakı aktivlərini sata bilmir.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda şirkətin icraçı direktoru Yohan Dennelind “The Wall Street Journal” qəzetinə bildirib.

Y.Dennelind deyib ki, şirkətin Özbəkistandakı əməliyyatları ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən diqqətlə izlənilir.

“Biz aktivləri çıxara bilmirik. Problemlərdən biri də odur ki, TeliaSonera şirkətinin Özbəkistanda aktivlərin alınmasına dair sövdələşməsində son benefisiar məlum deyil. Özbəkistanda aktivlərin satılması çətin məsələdir”- deyə icraçı direktor bildirib.

Səhmlərinin 37 faizi İsveç dövlətinə məxsus olan TeliaSonera şirkəti Özbəkistan, Azərbaycan və Qazaxıstan da daxil olmaqla Avrasiya regionunda biznesini dayandırmaq qərarına gəlib.

Şirkət bu qərarı üzləşdiyi ciddi korrupsiya qalmaqallarından sonra verib. TeliaSonera şirkətinin Özbəkistan bazarına girmək üçün prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi məlumdur. Bu iş üzrə bir neçə Avropa ölkəsində və ABŞ-da təhqiqat gedir.

Şirkət Azərbaycanda da payçısı olduğu “Azərcell”dəki aktivlərini satışa çıxarıb, ancaq potensial alıcı barədə heç bir məlumat yoxdur.

Geri dön