Ana Sayfa > Xəbər > Azərbaycanın yağ bal içində saxladığı erməni gədəsi görün evlərinə nə yazıb...

Azərbaycanın yağ bal içində saxladığı erməni gədəsi görün evlərinə nə yazıb...


3-04-2015, 18:09. Yazar: admin
Azərbaycanın yağ bal içində saxladığı erməni gədəsi görün evlərinə nə yazıb...
On gün öncə cəbhə xəttini keçərək Azərbaycan tərəfə təslim olan erməni əsgəri Andranik Grigoryan ailəsinə məktub göndərib. O, məktubda evlərinə qayıtmaq istədiyini yazıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti xəbər yayıb.

Xəbərdə deyilir ki, Grigoryan-ın məktubunu ailəsinə Beynəlxalq Qırmızı Xaç Komitəsi çatdırıb. Məktubda deyilir: «Mən evimizə getmək, iş tapmaq, evlənmək istəyirəm. Bacarırsınızsa, orda mənə iş tapın. Yanlışlarıma görə məni bağışlayın, mən bunu qəsdən etməmişəm, sadəcə, başa düşmürdüm neyləyim, hara gedim, hara yox».

Andranik məktubda bunu da yazıb: «Hər şey yaxşıdır, ancaq həm də darıxdırıcıdır».

Beynəlxalq Qırmızı Xaç Komitəsi Andranik-in valideynlərinin məktubunu ona çatdıracaqlarına söz veriblər.

«EVDƏ MÜBAHİSƏMİZ DÜŞÜB, ANCAQ... BİR QIZ VARDI...»

Atası deyib: «Mən yazacağam ki, neyləmisən eləmisən, geri qayıt, başqa heç nə». Anası əlavə edib: «İstəyirəm uşağım sağ salamat geri qayıtsın».

Andranik-in evdə problemləri olması haqda şayiələrə toxunan anası Nelly Grigoryan deyib ki, həqiqətən də evdə mübahisələri düşüb, ancaq bu oğlunun sərhədi keçməsinə səbəb deyil.

Atası vəziyyəti bu şəkildə izah edib: «Bir qız vardı, mən dedim ki, o bizə uyğun deyil, o, institut bitirib, oğlum yox, problem bunda idi, başqa problem olmayıb. O mövqedən evə qəzəbli şəkildə gəlmişdi, yoldaşları onu incidirdilər, o çaşqınlıq içindəydi, getdi və cəbhə xəttini keçdi».

NAZİR: «XİDMƏTİ ARAŞDIRMA BAŞLAYIB»

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bir qədər əvvəl demişdi ki, əsgərin evdə problemləri olub, buna görə də sərhədi keçib. Ancaq aprelin 2-də nazir «A+1»ə müsahibəsində deyib ki, əsgərin əks tərəfə keçməsinin səbəblərini öyrənməkdən ötrü xidməti araşdırma aparılır, cinayət işi qaldırılıb.

ƏSGƏR GERİ QAYTARILACAQMI?

Beynəlxalq Qırmızı Xaç Komitəsindən radionun erməni xidmətinə deyiblər ki, əsgərin taleyi ilə bağlı danışıqlar davam etdirilir. Ancaq onun üçüncü ölkəyə veriləcəyi və ya geri qaytarılacağı haqda heç nə deyilmir.

Aprelin 3-də AzadlıqRadiosunun «Grigoryan-ın geri qaytarılması və ya üçüncü ölkəyə təhvil verilməsi haqda deyilənlər doğrudurmu və bu məsələ necə həll olunacaq» sualına Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirməyib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, bununla bağlı suallara ancaq Beynəlxalq Qırmızı Xaç Komitəsi cavab verə bilər. BQXK isə apardığı danışıqlar haqqında mətbuata məlumatları açıqlamır.

Andranik Grigoryan martın 22-də xidmət etdiyi hərbi hissəni tərk edərək Azərbaycan tərəfə keçib. O bunu mənasız yerə ölmək istəməməsi ilə izah edib.

Erməni əsgər azərbaycanlı hüquq müdafiəçisi Elçin Behbudova deyib ki, xidmət etdiyi hərbi hissədə hərbçi yoldaşları tərəfindən daima döyülürmüş. O bildirib ki, orada əsgərlərə vaxtı keçmiş yeməklər verilir, şərait pisdir və imkanları olsa, xeyli əsgər onun kimi Azərbaycan tərəfə keçər.​

Geri dön