Ana Sayfa > Xəbər > Yəməndən 6 Azərbaycan vətəndaşı təxliyə edilib

Yəməndən 6 Azərbaycan vətəndaşı təxliyə edilib


3-04-2015, 18:07. Yazar: admin
Yəməndən 6 Azərbaycan vətəndaşı təxliyə edilib
Yəməndən Rusiya və MDB ölkələri vətəndaşlarının təxliyəsi aprelin 4-də davam edəcək. Hava məkanı vasitəsilə Rusiya humanitar reys marşrutlarının keçəcəyi dövlətlərlə aktiv iş aparılır.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyindən deyiblər.

Aprelin 3-nə keçən gecə Moskvadan iki xüsusi reys vasitəsilə Yəməndən 311 nəfər təxliyə edilib. Onlardan 152-si Rusiya, 47-si Özbəkistan, 16-sı Belarus, 8-i Ukrayna, 6-sı Azərbaycan, 4-ü Qırğızıstan, 4-ü isə Moldova vətəndaşıdır.

Geri dön